45
00:53
27 Aprel 2016

Çempionlar Liqası: Mançesterdən qol səsi çıxmadı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” Madrid “Real”ını qəbul edib.

İspaniya kubokunda mübarizəni dayandırsa da, çempionluq uğrunda şansları davam edən “kral klubu” həm də qitənin ən nüfuzlu klub turnirində qalib olmaq istəyir. Madridlilərin super ulduzu Kristiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Səfər oyunundan qol buraxmadan dönən Zidanın yetirmələri finala çıxmaq üçün daha yaxşı imkanlara sahibdilər.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

26 aprel

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 0:0

Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Onqun, Sərkan Ok

Əlavə hakim köməkçiləri: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)

Mançester. Şəhər stadionu

“Mançester Siti”: Co Hart, Bakari Sanya, Vinsen Kompani, Fernando, Aquero, Xesus Navas, De Bruyne, David Silva, Qael Klişi, Fernandinyo, Otamendi

Ehtiyat oyunçular: Kavalyero, Zabaleta, Sterlinq, Kolarov, Delf, Manqalya, İhenaçço

“Real”: Navas, Pepe, Serxio Ramos, Toni Kroos, Benzema, Beyl, Marselo, Kasemiro, Karvaxal, Lukas, Luka Modriç

Ehtiyat oyunçular: Kasilla, Varane, Xames Rodriges, Kovaçiç, Xese, İsko, Danilo