33
22:11
26 Aprel 2016

Platini bəraət aldı

FIFA - nın verdiyi cəzaya etiraz edən Mişel Platini, haqqında yayılan rüşvətxorluq maddəsindən bəraət edib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, rüşvət aldığı üçün 8 il futboldan kənarlaşdırılan keçmiş UEFA prezidenti Mişel Platini İdman Təhkim Məhkəməsinə (CAS) şikayət edərək bəraət alıb.

Aldığı cəzaya görə FIFA-da keçirilən prezident seçkilərində iştirak edə bilməyən Platinin köməkçisi Gianni Infantino prezident seçkilərində qalib gəlib.

Platini seçkilərdə qarşısı alındığı üçün belə bir böhtanla üzləşdiyini əsas gətirərək CAS-a şikayət edib. Yenidən futbolda xidmət etmək istədiyini bildirən Platini, buna görə də indidən yeni layihələr üzərində işləyir.