59
18:18
26 Aprel 2016

Prezidentdən CAR və Niderland rəhbərlərinə TƏBRİK

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumanı Afrikanın Azadlıq günü münasibətilə təbrik edib:

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram.

Prezident İlham Əliyev həmçinin Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrı Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə də təbrik edib.