24
16:59
26 Aprel 2016

Beynəlxalq Türk Akademiyasının prezidenti UNEC-də

Aprelin 26-da Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali İqtisad Universitetində (UNEC) olub.

UNEC-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, rektor Ədalət Muradovla görüş zamanı gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Türk Dünyası İqtisadçılar Birliyinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Rektor Ə. Muradov və akademiyanın rəhbəri Darhan Kıdırali türk dünyası iqtisadçılarının bir araya gəlməsində, onlar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində, birgə elmi tədqiqatların hazırlanmasında birliyin xüsusi rol oynayacağını da bildiriblər.

Görüşdə həmçinin birliyin rəsmi saytı, loqosu və ensiklopediyanın hazırlanması prosesi və birliyin illik forumunun keçirilməsi müzakirə edilib.

Qeyd edək ki, Türk Dünyası İqtisadçılar Birliyinin ilk forumunun Azərbaycanda keçirilməsi nəzərdə tutulub.