38
16:09
26 Aprel 2016

Avtosfer.az saytı 2 yaşını qeyd etdi

Avtosfer.az saytının 2 yaşı tamam olub. Lent.az -ın məlumatına görə, 2014-cü ilin aprel ayından fəaliyyətə başlayan Avtosfer.az saytı 2 yaşını qeyd edib.

Mərasimə millət vəkili Rafael Cəbrayılov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polkovnik-leytenant İsa Deystani, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, kapitan Elşad Hacızadə, Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, kapitan Mərdan Əliyev, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov və başqa qonaqlar qatılıb