48
14:06
26 Aprel 2016

Ermənistan Müdafiə Nazirliyində DƏRİN BÖHRAN - 3 general qovuldu

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxslərini tutduqları postdan qovub.

Lent.az “panarmenian”a istinadən xəbər verir ki, nazirliyin texniki təminat idarəsinin rəhbəri Alik Mirzəbekyan, kəşfiyyat idarəsinin rəhbəri, general Arşak Karapetyan və rabitə xidmətləri idarəsinin rəisi Komitas Muradyan tutduqları vəzifələrdən azad edilib.