68
11:16
26 Aprel 2016

Fəxrəddin Manafov illər sonra səhnəyə qayıdır

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında “Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası keçirilib. Lent.az -ın məlumatına görə, səhnə əsərinə rejissor İlqar Safat quruluş verib. Pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Tamaşada baş rolu xalq artisti Fəxrəddin Manafov ifa edir.

“Kazanova: Sevgi dərsləri" anşlaqla keçib. Səhnəyə çıxmazdan əvvəl təəssürtalarını bölüşən F. Manafov həyəcandan əlləri əsdiyini etiraf edib: “ Rus dram teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir. Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara da uğurlar arzulayıram".

Tamaşada digər rolları xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev Yeganə Hüseynli, Murad Məmmədov və başqaları ifa edib.

Səhnə əsəri qadınların marağından istifadə edən, istənilən qadını yoldan çıxara bilən Cakomo Kazanovadan bəhs edir. İndiyədək onun haqqında bir çox əfsanələr gəzib. Onlardan doğruvə yalan olanı heç kəsə məlum deyil. Bu qəhrəman haqqında tamaşalar qoyulub, filmlər çəkilib və hər bir rejissor Kazanova obrazına öz tərzindən yanaşıb.