32
10:00
26 Aprel 2016

Ermənilər Tərtəri ağır artilleriyədan atəşə tutub

Ermənistan ordusu ötən gecə saat 01:00 radələrindən başlayaraq qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır artilleriyadan atəşə tutub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra erməni birləşmələri bu dəfə Tərtərin yaşayış məntəqələrini hədəf alıb. Yaşayış məntəqələri ağır artilleriya ilə yanaşı, tanklar və "Qrad" qurğusundan atəşə tutulub. Gərginlik səhər saat 05:00 radələrinədək davam edib. Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, 6 yaşayış məntəqəsində 17 fərdi ev və həyətə mərmi düşüb. Mülki əhalidən xəsarət alan olmayıb.