44
00:10
26 Aprel 2016

Maltanın prezidenti Azərbaycana gəldi

Maltanın prezidenti Marie Louise Coleiro Preca Azərbaycana işgüzar səfərə gəlib.

Lent.az -ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Maltanın prezidenti Marie Louise Coleiro Precanı hava limanında Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.