34
11:37
25 Aprel 2016

Türkiyədə daha 2 əsgər şəhid olub

Mardində Nusaybin mahalında əl qumbarasının partlaması nəticəsində iki əsgər şəhid olub.

Lent.az -ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Nusaybin mahalında səngər qazan, barikada quran PKK terrorçularına qarşı ayın 14-dən başladılan əməliyyatlar nəticəsində bu gün iki əsgər şəhid olub. Hadisə PKK terrorçularının evlərdən birinə yerləşdirdiyi əl qumbarasını partlatması nəticəsində olub. Yaralanan digər iki əsgər isə xəstəxanaya yerləşdirilib.