29
01:22
25 Aprel 2016

Dağıstanda ağır qəza: 4 ölü

Dağıstanda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA -nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Qarabudaqkənd rayonunun Qurbuki kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, yerli vaxtla saat 22:25-də iki VAZ 2109 markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb. Hadisənin başvermə səbəbi və təfərrüatları müəyyənləşdirilir.