50
22:31
24 Aprel 2016

İngiltərə FA kubokunda finalçılar müəyyənləşdi

İngiltərə FA kubokunda finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ikinci oyununda "Kristal Pelas" və "Uotford" üz-üzə gəlib. Birincilər 2:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.

"Qartallar" finalda "Mançester Yunayted"lə qarşılaşacaq. "Qırmızı şeytanlar" bir gün öncə keçirilmiş ilk yarımfinal oyununda "Everton"u üstələyərək (2:1) bu haqqı qazanıb.

Final oyunu mayın 21-də, "Uembli" stadionunda baş tutacaq.