55
10:32
23 Aprel 2016

Azərbaycan BMT-nin Paris Razılaşmasını imzaladı

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil (Baş) Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xariici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan Respublikası Hökuməti adından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub