34
17:22
22 Aprel 2016

Fransada yaşayan azərbaycanlı ifaçıdan yenilik

Fransada yaşayan azərbaycanlı musiqiçi Etibar Əsədli yeniliyə imza atıb. Lent.az -ın məlumatına görə, "Eşq" (L'amour) adlı kompozisiyada ilk dəfə muğam ilə dubstep janrı uzlaşdırılıb. Kompozisiyanın musiqisi və aranjemanı ifaçının özünə məxsusdur. Muğamı xanəndə Sahib Asadov, əsas mövzunu isə portuqaliyalı müğənni İsa Pedro ifa edib.

Qeyd edək ki, burada 4 janrın xüsusiyyətləri var – muğam, dubstep, klassika və rep. Kompozisiyanın klipi Parisdə “Asadli Pro” studiyası tərəfindən çəkilib. İfaçı bildirib ki, kompozisiya Fransada maraqla qarşılanıb. Çünki Avropada bu tərz musiqi demək olar ki, yoxdur. Bu cür eksperimentler etmək muğamın və Azərbaycan musiqisinin yenilənməsi və dünyada tanınması üçün vacibdir.