91
16:45
22 Aprel 2016

Fransanın dövlət naziri Azərbaycana gəlir

Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi (Avropa məsələləri üzrə dövlət naziri) Harlem Desir Bakıya gələcək.

Fransanın Azərbayandakı səfirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, o,BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunda iştirak edəcək.

H. Desirin bir sıra ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Səfər apelin 26-da başlayacaq.