54
12:59
22 Aprel 2016

DİN ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 21-də saat 19 radələrində Goranboy rayonunda Gəncə şəhər sakinləri Ələsgər Şabanovun idarə etdiyi “VAZ-2107” və Azər Nağıyevin idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Şabanovun sərnişinlərindən Ayşən Zahidi hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.