54
06:53
22 Aprel 2016

Ekvadorda ölənlərin sayı 587-ə çatdı

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 587 nəfərə çatıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir. Bundan əvvəl ölənlərin sayının 577-yə çatdığı bildirilmişdi.

Məlumata görə, ölənlərdən 539 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb.