44
21:26
21 Aprel 2016

Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzildə baş verib.

Yanğın nəticəsində, mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub.