132
12:38
21 Aprel 2016

Brilyant toyunu qeyd etmiş “Allah adamı”64 İL TAXTDA

Bu gün kraliça 2-ci Yelizavetanın 90 yaşı tamam olur. Kraliça 21 aprel 1926-cı ildə Londonda, babasının 17 “Bruton-strit” ünvanında yerləşən evində anadan olub. Kraliça haqqında o qədər sənədli filmlər çəkilib, kitablar yazılıb ki, bir yazıyla onun həyatını tam əhatə etmək təbii mümkün deyil. Amma biz Ülyahəzrətin həytındandan bir sıra maraqlı məqamları nəzərinizə çatdıracağıq.

Kraliça 1926-cı ilin 29 mayında Bukinhem sarayındayerləşən kiçik kilsədə arxiyepiskop Kosmo Lonq tərəfindən xaç suyuna salınıb.Onun xaç ataları ata tərəfdən baba və nənəsi, həmçinin xala, bibi, əmi və dayıları olublar.Uşaqlıqda onu Lilibet deyə çağırırmışlar.

Yelizaveta kral taxt-tacına ardıcıllığına görə üçüncü namizəd idi: əmisi VIII Eduard, atası Georq və o. Yelizaveta kral ailəsinin üzvü kimi cəmiyyətdə maraq doğursa da, o kraliça olmağı ağlına da gətirmirdi.1936-cı ildə onun babası kral V Georq vəfat edir və əmisi VIII Eduard kral elan edilir.

Yelizaveta digər kişi vəliəhd olmadığından atasından sonra taxta çıxası olur.

Kraliça Yelizaveta Böyük Britaniya tarixində ən yaşlı hökmdardır. Onun ən məşhur sələflərindən olan kraliça Viktoriya vəfat edəndə81 yaşı olub.Ülyahəzrət brilyant toyunu qeyd edən ilk Britaniya hökmdarıdır. Onun hökmranlığı dövründə Uinston Çörçilldən başlayaraq 11 baş nazir dəyişib.

Üzərində şahzadə II Elizabetin əksi olan dünyanın ən böyük qızılsikkəsiAvstriyada satışa çıxarılıb. Son qiyməti 3,7 milyon avro olan sikkəni ispaniyalı adı açıqlanmayan zərgər alıb.


II Yelizaveta həyatı boyu müxtəlif titullar daşıyıb. Kral nəvəsi, kral qızı, hersoq Filipin həyat yoldaşı və kraliça. Sadə dildə o, Kraliça və Ülyahəzrət adlandırılır. O, həm də Kanadada Kanada kraliçası, Avstraliyada Avstraliya kraliçası və s. adlanır. Normand adalarında və Men adalarında o, Normandiya hersoqu və “Allah adamı” titulunu daşıyır. Onu həmçinin Fidei Defensor (“Əqidə müdafiəçisi”) və Lankaster hersoqu da adlandırırlar. Onunla söhbətdə ona əvvəlcə "Ülyahəzrət", sonra isə "xanım" deyə müraciət edirlər.

Kraliçanın şəxsi bayrağı Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Barbadosun kral bayrağı kimi də istifadə edilir.

BBC telekanalı artıq neçə ildir ki, II Yelizavetanın dəfn mərasiminin canlı yayımına hazırlaşır. Rəsmi məlumata görə, kraliçanın ölüm günü BBC xüsusi rejimdə çalışacaq və 12 gün ərzində televiziyada əyləncəli proqramların yayımı dayandırılacaq.