60
07:52
21 Aprel 2016

İşçilərinə ev, maşın, brilyant hədiyyə edir

Hindistanda almaz ticarəti ilə məşğul olan iş adamı işində yüksək nəticə göstərən işçilərinə son iki ildə 8 milyon dollarlıq zinət əşyası, maşın və ev hədiyyə edib.

Lent.az -ın “musavat.com”-a istinadən məlumatına görə, mərkəzi Gujarat əyalətində yerləşən “Hrişikeş” adlı firmanın sahibi Savji Dholakia 2012-ci ildən bu günə qədər yüksək nəticə göstərən 1216 nəfər işçisindən 491-nə maşın, 525-ə zinət əşyası və 200-ə ev hədiyyə edib. Dholakia işçilərinə göndərdiyi mesajda aşağıdakıları yazıb: “Bu şirkət sizin sayənizdə qazanır. İşçilərimiz xoşbəxtdirsə, biz də işimizdə irəliləyə bilərik”.

Şirkət işçilərindən Nareşbhai Maini isə deyib ki, keçən il rəhbərlik ona maşın, bu il də zinət əşyası hədiyyə edib: “Keçən il ev və ya zinət əşyası alanlara bu il maşın hədiyyə edilib. Mən də xoşbəxtliyimi sözlə ifadə edə bilmirəm”.

7500 nəfər işçisi olan şirkətin ABŞ, Belçika və Çində ofisləri var.