34
05:11
21 Aprel 2016

Moskvada tələbə yataqxanasında yanğın: 6 yaralı

Moskva Aviasiya İnstitutunun yataqxanasında yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar yanğın zamanı binanın eyvandan tullanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.