45
22:57
20 Aprel 2016

Maşın 79 yaşlı piyadanı vuraraq öldürdü

Bu gün Bakı -Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 44 -cü km -də, Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

1937 -ci il təvəllüdlü Əlişirin Qasımovu maşın vurub. Piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.