46
18:46
20 Aprel 2016

Mətanət kələğayıya büründü - FOTOLAR

İctimai Televiziyanın "Carçı" film Yaradıcılıq Birliyi "Kələğayı" adlı sənədli film ekranlaşdırıb.

Lent.az -ın məlumatına görə, ekran işində xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Mətanət İsgəndərli, teleaparıcı Nigar Əlişova çəkilib. Filmi ərsəyə gətirməkdə əsas məqsəd kələğayının Azərbaycana məxsus olmasını bütün dünyaya çatdırmaqdır. Filmdə tanınmış xanımlar başlarına kələğayı taxıb, milliliyimizi tərənnüm etdiriblər.



M.İsgəndərli filmlə bağlı fikirlərini bölüşüb: “Azərbaycanın milli dəyərlərini qorumaq və dünya ictimaiyyətinə çatdırmağı özümə borc hesab edirəm. Milli geyim, kələğayı xanıma xüsusi yaraşıq verir. Biz bu obrazla həm kələğayının Azərbaycana məxsus olduğunu, həm də Azərbaycan xanımının obrazını göstərdik”.



Qeyd edək ki, çəkilişlər kələğayının hazırlandığı İsmayıllının Basqal kəndində ərsəyə gəlib. Sənədli filmin rejissoru Nəsimi Əliyev, ssenari müəllifi Nigar Əlişova, quruluşçu operatoru Emin Rəhimovdur. “Kələğayı” ingilis dilinə tərcümə edilərək xarici ölkələrdə də nümayiş olunacaq.