46
14:05
20 Aprel 2016

Gizli seks görüntlərini yaymaqla şantaj edənlərin cəzası dəyişmədi

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əlizamin Abıyev və Emin Allahverənov birinci insatansiya məhkəməsinin hökmündən verikləri şikayət üzrə məhkəmə başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Emin Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışı olan qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. O, həmin qadının adı ilə “Odnoklassnik”də müştərilərlə əlaqə saxlayıb. Sosial şəbəkədə qadın Göygöl rayon sakini Ramil İsmayılovla tanış olub . E.Allahverənov həmin şəxslərin görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. O, hadisədən bir qədər sonra qrupun digər üzvü Ə.Abıyevlə birlikdə R.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb edib. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.

Hər iki şəxsin hədələrindən bezən R.İsmayılov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. 2014-cü il iyul ayının 3-də E.Allahverənovla Ə.Abıyev R.İsmayılovdan 600 manat alarkən idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abıyev 7 il, E.Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.