44
12:54
19 Aprel 2016

Natavan Həbibi klip çəkdirib

Müğənni Natavan Həbibi yeni klipini təqdim edib. Lent.az -ın məlumatına görə, sözləri və musiqisi İnarə Rəsula aid olan “Zaman adlı qatar"ın rejissoru Kənan Musayevdir. Mahnı “Zaman adlı qatar” filmi üçün yazılıb. Filmdə baş rol ifaçısının oxuduğu bütün mahnıları Natavan Həbibi səsləndirib. Xatırladaq ki, ekran işində xalq artisti Həmidə Ömərova, əməkdar artist Suğra Bağırzadə, rəqqasə Oksana Rəsulova, Könül Nağıyeva, Ayaz Salayev, Şəhriyar Əbilov və başqaları rol alıblar.