49
10:54
19 Aprel 2016

İrandan gələn şəxslərin üzərində narkotik aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Lent.az -ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib. Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.