43
04:25
19 Aprel 2016

Yaponiyada zəlzələ qurbanlarının sayı 44 nəfərə catdı

Yaponiyanın Küsü adasında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 44-ə çatıb.

APA -nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər torpaq sürüşməsi qeydə alınan ərazidə daha 2 nəfərin meyitini aşkar ediblər.

Bununla belə, 94 min insan hələ də evakuasiya məntəqələrində qalırlar. Son məlumatlara əsasən, adada 160 min ev susuz qalıb, daha 100 min evin qaz təchizatı dayandırılıb.