38
22:35
18 Aprel 2016

Qüdsdə avtobus partladıldı: 21 yaralı - YENİLƏNİB

Qüdsdə avtobusda bomba partladılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld bəyan edib.

“Mütəxəssislər avtobusda partlayıcı qurğunun işə düşməsini artıq təsdiqləyiblər. Son məlumata əsasən, insident nəticəsində 21 nəfər yaralanıb. Hazırda polis iki versiya üzərində işləyir: partlayıcı qurğunun əvvəlcədən avtobusa yerləşdirilməsi və yaxud partlayışın terrorçu-kamikadze tərəfindən törədilməsi”, deyə polis nümayəndəsi bildirib.

***

Qüdsdə avtobusun partlaması nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Tibbi xidmətinin nümayəndəsi bildirib.

Polis partlayışın terror aktı olduğunu istisna etmir. Faktla bağlı araşdırmalara başlanılıb.