26
11:13
18 Aprel 2016

Qadınları satan alverçi məhkəmədən şikayətçidir

İnsan alverində təqsirləndirilən Sima Ramazanzadə birinci instansiya məhkəməsinin hökmündən şikayət verib. Lent.az -ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun icraatına verilib. Apellyasiya üzrə məhkəmənin keçiriləcək ilkin baxış iclası aprelin 20-nə təyin edilib.

Qeyd edək ki, S.Ramazanzadə azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib. O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverində şübhəli bilinib. Onun həmcinslərini fahişləyə cəlb etməsi müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.