41
11:54
18 Aprel 2016

Ərini itirmiş qadını qardaşı öldürdü - BAKIDA AİLƏ DRAMI - TƏFƏRRÜAT

Aprelin 17-də Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az -ın məlumatına görə, qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davidova Turanə Anatoli qızının həyat yoldaşı keçən ilin yanvar ayında intihar edib. Bundan sonra o, 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki mənzildə kirayə yaşamağa başlayıb. Dünən isə T.Davidovanın 39 yaşlı qardaşı Elşad onun evinə gələrək dava-dalaş salıb. Bu zaman o, bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Elşad Davidov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib.

Araşdırmalar davam etdirilir.

*****

10:27

Bakıda qətl törədilib. Nizami rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, Naxçıvanski küçəsi 18 ünvanındakı evdə 1977-ci il təvəllüdlü Davidov Elşad Anatoli oğlu bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə 34 yaşlı qadının kirayə yaşadığı evdə baş verib. E.Davidov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.