34
00:57
18 Aprel 2016

Hindistanda avtobus yarğana düşdü: 25 ölü

Hindistanın şimal-qərbində sərnişin avtobusu 90 metrlik yüksəklikdən yarğana düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 25 nəfər ölüb, 10 nəfər xəsarət alıb.


Avtobusda Racastan ştatından evə qayıdan 40 musiqiçi olub. Azı 10 nəfərin xəsarət aldığı bildirilir. Onlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə yerində xilasedici əməliyyat aparılır.

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.