27
14:52
17 Aprel 2016

Əri həbs olunub, o isə konsert verir

Bir müddət öncə həyat yoldaşı Mayamidə həbs olunan türkiyəli sənətçi Ebru Gündeş konsert proqramlarını təxirə salmadığı üçün sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Lent.az -ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, müğənni aprelin 16-da İzmirdə “Efes Royal Palace”da 60 nəfərlik komanda heyəti ilə birlikdə konsert verib. Konserti “Araftayım” mahnısı ilə açan müğənni konsert proqramlarını niyə təxirə salmadığına aydınlıq gətirib.

“Öncə pərəstişkarlarım, sonra komandam üçün bu gün səhnədəyəm. Səhnələrdən heç vaxt ayrı qalmayacağam. Mahnı oxuyanda çox xoşbəxt oluram”, - deyə E. Gündeş bildirib.