31
14:37
17 Aprel 2016

Bakıda nasosxanada faciə: ölən var

Bu gün Bakı şəhərinin Suraxanı rayonunda yerləşən nasos stansiyalarından birində ölüm hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az -a verilən məlumata görə, Hövsan qəsəbəsindəki su nasos stansiyasında 1956-cı il təvəllüdlü Nuriyev Rafael Mikayıl oğlunun meyiti tapılıb. İlkin araşdırma zamanı meyit üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Nasos stansiyasının əməkdaşı olan R.Nuriyevin ürək xəstəliyindən vəfat etdiyi bildirilir.