30
12:39
17 Aprel 2016

"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən elan edildi

Məşhur portuqaliyalı futbol məşqçisi Joze Mourinyo növbəti mövsümdən etibarən “Mançester Yunayted”i çalışdıracaq. Lent.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Bild” qəzeti xəbər yayıb ki, “Real Madrid”, “İnter”, “Portu” və “Çelsi” kimi klubların keçmiş çalışdırıcısı ilə 3 illik müqavilə imzalanıb. Hazırkı baş məşqçi Lui van Qal mövsüm başa çatan kimi vəzifəni təhvil verəcək.

Qəzetdəki xəbərdə o da qeyd olunub ki, Mourinyonun təklifi ilə PSJ-nin qolçusu Zlatan İbrahimoviçlə də müqavilə imzalanıb.