42
05:35
17 Aprel 2016

Vaşinqtonda helikopter yerə çırpıldı

“Baltimor-Vaşinqton” beynəlxalq aeroportun yaxınlığında göyərtəsində üç sərnişinin olduğu helikopter qəzaya uğrayıb. APA -nın “Fox 5” telekanalına istinadən verdiyi xəbərə görə, helikopter yerə çırpıldıqdan sonra yanıb.

Sərnişinlər barədə hələlik heç bir məlumat verilmir.

Helikopterin dəmir yolu xəttinin yaxınlığında düşdüyü bildirilir, bu səbəbdən qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Qəzanın səbəbləri araşdırılır.