47
04:35
17 Aprel 2016

Quantanamonun daha 9 məhbusu azad edildi

ABŞ doqquz Quantanamo məhbusunu Səudiyyə Ərəbistanına göndərib. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata görə, məhbusların hamısı Yəmən vətəndaşıdır. Onların artıq ABŞ üçün təhlükə yaratmadığı bildirilir.

ABŞ-ın yaxın zamanda Liviya vətəndaşları olan daha 2 Quantanamo məhbusunu Seneqala göndərmək niyyətində olduğu qeyd olunur.