42
02:51
17 Aprel 2016

Özü-özünü bıçaqladı

Gəncə şəhər sakini bıçaqlanıb. APA -nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Şamil Qəhrəmanov döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, Ş. Qəhrəmanov şəhərin Məhsəti qəsəbəsində yaşadığı evdə özü-özünü bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.