41
18:55
16 Aprel 2016

34 yaşlı qadın intihara cəhd etdi

Şəkidə qadın intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA -nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında Şəki sakini, 1982-ci il təvəllüdlü Nurlana Cavanşir qızı Nəbiyeva kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən N. Nəbiyeva intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Nəbiyevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.