50
10:10
16 Aprel 2016

"Zəlzələ baş verən əraziyə səfər etməyin" - Səfirlikdən AÇIQLAMA

“Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.