62
06:10
16 Aprel 2016

Yaponiyada zəlzələ: 13 ölü, 800 yaralı - YENİLƏNİB-1

Yaponiyada baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

APA -nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 800-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.

Kumamoto prefekturasında yeraltı təkanlar torpaq sürüşməsinə səbəb olub, 11 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hadisə yerində xilasedici işlər davam etdirilir.

Təbii fəlakət nəticəsində 200 minədək ev elektrik enerjisiz qalıb, 100 min evin qaz təchizatı dayandırılıb.

Aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.

***

Yaponiyanın Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb.

APA -nın NHK telekanalına istinadən verdiyi xəbərə görə, 760 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, yaxın saatlarda Tokioda baş nazir Sindzo Abenin sədrliyi ilə hökumətin fövqəladə iclası keçiriləcək.

Yerli mütəxəssislər yeraltı təkanların bir neçə gün davam edəcəyini ehtimal edirlər.

Dəqiqləşdirilmiş məlumata görə, aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.

***

Yaponiyanın Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA -nın NHK telekanalına istinadən verdiyi məlumata görə, 470 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Aprelin 15-də Yaponiyanın Kumamotoprefekturasında7,1 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.