37
17:00
15 Aprel 2016

Bakıda 1 ton xəstə at ətini satmaq istədilər

İnsan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının, o cümlədən ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının, eləcə də psixotrop tərkibli dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən bir neçə kompleks əməliyyat tədbirləri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işlər başlanıb.

Araşdırmalar davam etdirilir.