57
13:59
15 Aprel 2016

"Eurovision" təmsilçimiz İsraildə

“Eurovision” tarixində İsraildə promo tur keçirən ilk azərbaycanlı ifaçı olan Səmra artıq bu ölkədəki səfərini başa çatdırıb. Lent.az -ın məlumatına görə, Aprelin 11-13-də baş tutan səfəri zamanı təmsilçimiz ağac əkmə aksiyasında iştirak etməklə yanaşı müsabiqənin digər 18 iştirakçısı ilə görüşüb və Tel-Əviv şəhərini gəzmək fürsəti əldə edib. “İsrail Çağırır” adlı Eurovision Partisi “FUN TLV” klubda start götürüb. Səmra gözəl libası, xarizmatik hərəkətləri və gözəgəlimli görünüşü ilə şoudan öncə keçirilən qırmızı xalça keçidi zamanı hamının diqqətini cəlb edib. Təmsilçimiz BBC, Eurovision.tv, wiwiblogs da daxil olmaqla müxtəlif telekanal və saytlara müsahibə verib.

Növbəti gün isə Səmra Fransanın Eurovision təmsilçisi Əmirin köməyi ilə “Eurovision məşəsi”ndə ağac əkib. Daha sonra isə məşqlərə başlamazdan əvvəl iştirak etdiyi mətbuat konfransı zamanı beynəlxalq media nümayəndələri ilə yanaşı olaraq İsrailin də, ən böyük telekanal və saytlarına müsahibələr verib.

Axşam isə Səmra Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcəyi “Miracle” mahnısını ifa edərək “Theatre Club”a toplanmış tamaşaçıları özünə heyran qoyub.

Qeyd edək ki, təmsilçimizin bu ilki promo-turu 21-22 aprel tarixlərində Malta, 23 apreldə isə Yunanıstan səfərləri ilə davam edəcək.