43
13:43
15 Aprel 2016

Lent.az-ın əməkdaşı Tayqadan yazır...

Azərbaycanda ilk dəfə olaraq bir jurnalist Sibirin ənginliklərinə, Tayqa meşələrinə qədər gedib çıxıb. Bu, Lent.az -ın əməkdaşı Səbuhi Məmmədlidir. Əməkdaşımız Rusiyanın Anqoya şəhərində yaşayan azərbaycanlıların hekayətini yazmaq üçün uzaq Tayqaya qədər gedib. Baykal-Amur Magistralının (BAM) tikintisi zamanı köçüb burda məskən salan həmyerlilərimiz uzun illərdir tayqa ətrafında yaşayırlar.

Şəhərdə yaşayan həmyerlilərimiz onların ardınca buraya bir azərbaycanlı jurnalistin gəlməsindən təəccüb içindədirlər.

Səbuhi Məmmədlinin Tayqadan yazacağı maraqlı insan hekayətlərini Lent.az -dan izləyin.