96
13:16
15 Aprel 2016

Qaçırdığı avtomobili yük maşınına vurdu

Qubada avtomobil qaçıraraq qəza törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 14-də saat 15 radələrində Quba şəhərindən şəhər sakini Nazim Xürrəminecata məxsus “VAZ-2103” markalı avtomobil qaçırılıb. Quba RPŞ əməkdaşları tərəfindən avtomobilin rayon sakini Murad Bağırov tərəfindən qaçırılması və şəhər ərazisində idarə edilərkən yolun kənarında dayanmış həmyerlisi Rabil Şərifova məxsus “KamAZ” markalı avtomobilə vurulması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, tutulub.

Quba RPŞ tərəfindən araşdırma aparılır.