33
21:08
14 Aprel 2016

Yaponiyada zəlzələ: azı 3 ölü, 200 yaralı

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb. APA -nın “TASS”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. TNK telekanalı orada 20 binanın uçduğunu, yanğınların baş verdiyini və magistral yolunun sıradan çıxdığını bildirir.

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq 4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb.