54
19:35
14 Aprel 2016

Neftçalada ev yandı: 1 yaralı

Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.