72
16:25
14 Aprel 2016

Tahir Əkbərin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin yaradıcılıq gecəsi keçiriləcək.

Tədbir tanınmış musiqiçinin 70 illiyinə həsr olunur. Bu barədə Lent.az Bəstəkarlar İttifaqından verilən məlumatda deyilir. Yaradıcılıq gecəsi aprelin 18-də 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. Tədbir Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə reallaşır.