68
15:53
14 Aprel 2016

“Ortaq mövqe nümayiş etdirməliyik” - Davudoğlu

“Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik “.

APA -nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı deyib. Fələstinin müstəqilliyinə qovuşmasının vacib olduğunu söyləyən Ə. Davudoğlu diqqəti Dağlıq Qarabağ münaqişəsinə də yönəldib: “Eyni şəkildə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı da ortaq mövqe sərgilənməlidir”.

APA