47
15:13
14 Aprel 2016

Şair Saday Şəkərlinin məhkəməsi keçirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Lent.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vergilər nazirinin keçmiş müşaviri Asif Cahangirov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Proses aprelin 27-də davam edəcək.

Qeyd edək ki, keçən il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.