33
14:05
14 Aprel 2016

Emin Millinin qaynına 7 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam edib. Lent.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında Nazim Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 22- də davam edəcək.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, 2015-ci il iyulun 23-də Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.